Kateqoriyasız

“Qarabağ” – APOEL matçına nə qədər bilet satılıb? – Klub açıqladı

Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində keçiriləcək “Qarabağ” – APOEL matçına bilet satışı davam edir.

Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov İdmanxeber.az-a açıqlamasında bildirib ki, artıq sözügedən matç üçün satışa çıxarılan biletlərin 7000-i satılıb. Oyun gününə kimi bütün biletlərin satılması gözlənilir.

Qeyd edək ki, “Qarabağ” – APOEL oyunu oktyabrın 24-ü Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43