Kateqoriyasız

“Qəbələ” üçün macar klubu

Avropa Liqasının ikinci təsnifat mərhələsinə vəsiqə qazanan “Qəbələnin rəqibi bəlli olub.

İdmanxeber.com-un məlumatına görə, Roman Qriqorçukun yetirmələri bu mərhələdə Macarıstan təmsilçisi MTK ilə qarşılaşacaq.

Macarıstan klubu “Aktobe”ni (Qazaxıstan) mübarizədən kənarlaşdırıb (1:1, 2:0).

Qeyd edək ki, tərəflər arasında ilk görüş iyulun 14-də, cavab matçı isə iyulun 21-də keçiriləcək.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43