Kateqoriyasız

“Qəbələ” üçün şad xəbər

Avropa Liqasının pley-off mərhələsində “Qəbələ” ilə qarşılaşacaq “Panatinaikos” ulduz futbolçusu Mikael Essyenin xidmətindən məhrum olub.

İdmanxeber.com-un məlumatına görə, “Çelsi”dən bu yay transfer olunan qanalı ulduz futbolçu zədəsini yenicə sağaltsa da, tibb personalı onu riskə atmaq istəmir. Məhz buna görə də, Essyenin bu ay meydana çıxa bilməyəcəyi xəbəri verilib.

Qeyd edək ki, “Qəbələ” ilə “Panatinaikos”un oyunları avqustun 20-si və 27-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43