İdman

“Qəbələ” və “Keşlə” Azərbaycanı geri saldı

UEFA Avropa Liqasında birinci təsnifat mərhələsinin ilk oyunlarından sonra reytinq cədvəlini açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, “Qəbələ”nin Lüksemburq klubuna gözlənilməz yenilgisi, eləcə də, “Keşlə”nin məğlubiyyəti ölkəmizi xalsız qoyub. Lakin digər təmsilçimiz “Neftçi”nin “Uypeşt” üzərində qələbəsi bizə 0,250 xal qazandırıb. Bu nəticələrdən sonra Azərbaycan xallarının sayını 17,125-ə çatdırsa da, reytinq siyahısında 1 pillə geriləyərək, 22-ci sırada yer alıb. Əvəzində isə Belarus yenidən 21-ci pilləyə yüksələrək, bizi qabaqlayıb.

Qeyd edək ki, Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunlarında “Keşlə” Maltada “Baltsan”a 1:4, “Qəbələ” isə doğma meydanda Lüksmburq “Proqresin”ə 0:2 hesabı ilə uduzub. “Neftçi” isə “Dalğa Arena”da “Uypeşt”i məğlub edib – 3:1.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43