İdman

“Qəbələ”nin əvəzediciləri təlim-məşq toplanışı üçün ölkə xaricinə çıxdı

“Qəbələ”nin əvəzedicilərdən ibarət komandası 2017-2018-ci illər mövsümünün ikinci yarısına hazırlıqları davam etdirir.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “qırmızı-qaralar” təlim-məşq toplanışı keçmək üçün Gürcüstana yollanıb. Qış hazırlıq prosesinin Qəbələdə və Bakıdakı  bölümlərini başa vuran Emin İmaməliyevin yetirmələri yanvarın 26-dan fevralın 2-dək Tiflisdə məşq edəcək. Bu gün qonşu ölkənin paytaxtına çatan komandamız ilk məşqini də gerçəkləşdirib. Əvəzedicilər “Sabutalo” klubunun ev oyunlarını keçirdiyi “Bendela” stadionunda hazırlıq keçib. Komanda növbəti məşqinə sabah çıxacaq. Yanvarın 28-də isə “qırmızı-qaralar” Gürcüstanda ilk yoxlama oyununu keçirəcək. 

“Qəbələ” 1-ci dəstədə çıxış edən “VİT-Corciya” ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43