Dünyadan

“Qəbələ”nin rəqibi ciddi itki ilə üzləşib

“Qəbələ”nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Anderlext”in futbolçusu Aleksandru Çipçiu zədələnib.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, Rumıniya millisinin yarımmüdafiəçisinin  DÇ-2018-in seçmə mərhələsində Qazaxıstana qarşı görüşdə (0:0) zədə alıb. Onun 1 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

A.Çipçiunun noyabrın 24-ü keçiriləcək “Qəbələ” ilə görüşə kimi hazır olacağı gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43