Dünyadan

“Qəbələ”nin rəqibində yeni müqavilə

“Qəbələ”nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi Fransanın “Sent-Etyen” klubu qapıçısı ilə müqavilə müddətini artırıb.

İdmanxeber.com-un klub saytına istinadən verdiyi məlumata görə, Cessi Moulin 2020-ci ilə qədər “Sent-Etyen”də çıxış edəcək. 30 yaşlı qapıçı ilə imza mərasimi dünən baş tutub.

Moulin 2008-ci ildə “Sent-Etyen”lə müqavilə imzalayıb. Sonrakı mövsümlərdə icarə əsasında aşağı liqa klublarında çıxış edən qapıçı 2012-ci ildə yenidən bu komandaya qayıdıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43