Ölkə futbolu

Qriqorçuk: “Hücum futbolu oynamalıyıq”

UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində sabah keçiriləcək “Lill” – “Qəbələ” oyunundan əvvəl “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. 

İdmanxeber.com sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edir:

“Komandamızın durumu gündən günə daha yaxşı olur. Hazırlıq baxımından hər şeyin qaydasında olduğuna tamamilə əminəm. İnanıram ki, sabah Lilldə əsl futbol bayramı olacaq. Təbii ki, bu bayramın qəhrəmanları olmaq istəyirik. Fransadakı qarşılaşmada müdafiə futbolu göstərmək fikrində deyilik. Belə oyunun tərəfdarı deyilik. Həm sabahkı qarşılaşmanın, həm də mərhələnin ümumi nəticəsi də bizim hücumda necə oynamağımızdan asılı olacaq. Buna görə də həm taktiki cəhətdən düzgün, həm savadlı, həm də səliqəli hücum futbolu oynamalıyıq. Rəqib haqda kifayət qədər məlumatımız var. Deməzdim ki, onlardan çəkinirik. Amma “Lill”in gücünü də bilirik. Bu komandanın heyətində sürətli oyunçular var. Bu, onların üstünlüyüdür. Biz də bunun öhdəsindən gəlməyə çalışacağıq.“Qəbələ” və “Lill”i müqayisə etmək istəməzdim. Biz qısa vaxtda çox şeyə nail olduq. Bu üzdən komandamdan da razıyam. İstədiyimiz üslubda oynamağa nail olmuşuq. Bu mövsüm belə sürətli və fərdi ustalığa malik oyunçuları olan rəqiblə qarşılaşmamışıq. Bu üzdən Fransadakı görüş bizim üçün ciddi sınaqdır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43