19 İyun 2026
Ölkə futbolu

“Qurban Qurbanov əfsanədir və böyük insandır” – Aleksey İsayev 

Azərbaycan millisinin və “Qarabağ” klubunun yarımmüdafiəçisi Aleksey İsayev Rusiyanın “Championat.com” saytına müsahibə verib.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu Ağdam klubunun infrastrukturu və təşkilatlanmasını tərifləyərək, “Qarabağ Azərbaycanın Zenitidir” deyib.

“Hazırda bu, tam olaraq belədir. İnfrastruktur baxımından da hər şey yüksək səviyyədədir. Öz bazamız var: çox keyfiyyətli iki meydança, trenajor zalı, hovuz… Futbolçular üçün lazım olan hər şey mövcuddur”.

O, baş məşqçi Qurban Qurbanovdan da danışıb:

“Qurban Qurbanov əfsanədir və böyük insandır. Məndən inciməsin, amma belə deyəcəyəm: o, Azərbaycan futbolunun nəhəngidir. Necə kişi olmaq lazım olduğunu göstərən nümunədir. Biz hər gün ondan həm meydanda, həm də meydandan kənarda necə davranmaq lazım olduğunu öyrənirik”.

Qeyd edək ki, Aleksey İsayev Krasnoyarsk futbol məktəbinin yetirməsidir və əvvəllər “Yenisey”, “Zenit-2” və “Sabah” komandalarında çıxış edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43