13 İyun 2026
Ölkə futbolu

AFFA bölgə klubunu cərimələdi

Misli Premyer Liqasının II turunun “Kəpəz” – “Karvan-Yevlax” oyununda Yevlax təmsilçisi Olavale Doyeninin formasında adının yazılışında Azərbaycan əlifbasında olmayan hərfdən istifadə edildiyi üçün cərimələnib.

İdmanxeber.az xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Premyer Liqaya yeni gələn klub olduğuna görə ilk turda güzəşt edilməsinə baxmayaraq analoji hal yenidən təkrarlandığı üçün klub 1500 manat cərimələnib.

“Turan Tovuz” – “Araz-Naxçıvan” matçında isə Naxçıvan təmsilçisi 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat ziyana düşüb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43