09 İyul 2026
Ölkə futbolu

Qurban Qurbanov: “Düşündüm ki, Bakıda zəfər qazanıb, ölkə başçısını təbrik edərəm”

“Qarabağ” Avropa Liqası pley-off mərhələsinin cavab görüşündə “Braqa”nı 3:2 hesabı ilə məğlub edərək 1/8 finala vəsiqə qazanıb.

İdmanxeber.az məlumat verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında görüşlə bağlı fikirlərini səsləndirib:

– Futbolçularıma təşəkkür edirəm, bizim möhtəşəm azarkeşlərə də, həmçinin. Bir şeyi qeyd etmək istəyirəm. Azərbaycanlı kimi birliyimizi görəndə çox sevinirəm. Bu birlik hardan yaranıb? Xalqımız çox sevirəm. Həmişə istəyirəm ki, onların xoş gününü görüm. Təki, həmişə sevinsinlər. Son vaxtlar güclü Azərbaycan xalqı var. 44 günlük müharibədən sonra hər gün bizim Ali Baş komandanımız bir olmağı, yumruq kimi möhkəm olmağı, iradəli xalq olmağı daim çıxışlarında deyir.

Mən deyirdim ki, müharibədən sonra sanki daha da ürəkli olmuşam. Bu mənə və kluba böyük motivasiya verir ki, bu sözlərdən istifadə edirəm. Bu gün bu xalqın layiqli komandası var idi meydanda. Futbol elədir ki, meydanda mübarizə aparmaq lazımdır. Bizim etdiklərimiz şəhidlərin, qazilərin etdiyinin 1 faizi də deyil. Elə miras qoyublar ki, heç nə ilə əvəz edə bilmərik. Bu gün meydanda döyüşçülər var idi. Elə əziyyət çəkdik ki, sonda Allah bizə bu cür qalibiyyət nəsib etdi. Başda ölkə başçısı olmaqla, veteranlarımızı, qazilərimizi, hamını təbrik edirəm. Hər birinizin sevincini görürdüm. Mən də sizinlə qürur duyurdum. Cənab prezidenti təbrik edirəm, yenidən öz sevimli xalqına prezident seçildi… İlk oyundan sonra təbriklərimi ona çatdırmaq istəyirdim. Səbr etdim, bu günə kimi gözlədim. Düşündüm ki, Bakıda zəfər qazanıb, ölkə başçısını təbrik edərəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43