Kateqoriyasız

Qurban Qurbanov: “İstəyirik ki, qrupda ən azı ikinci yeri tutaq”

Azərbaycan Premyer Liqasında III turun “Səbail” – “Qarabağ” (1:2) oyunundan sonra təşkil edilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

47 yaşlı mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirdi…

– Futbolçuları təbrik edirəm. Qalibiyət və yaxşı oyun oldu. Həddindən artıq intizamlı və istəkli idilər. Aftandil Hacıyev və onun komandasına uğurlar arzulayıram. 4:0 hesabı ilə qalib gəlsək də, heç də asan reallaşmadı. İlk hissədə rəqib aktiv pressinq edirdi. Vacib üç xal qazandıq.

– İbrahim Şehiçin “Qarabağ”la anlaşdığı bildirilir.
– Əlimizdə konkret razılıq yoxdur. Maraqlanmışdıq, ancaq Şehiçin müqaviləsi var. Ona görə də danışıqlarımız baş tutmayıb, razılığa gələ bilməmişik. Buna baxmayaraq, başqa variantlar var. Şehiçi icarəyə götürmək üçün danışıqlar aparılırdı. Hələ ki, heç bir əsas yoxdur. Digər iki variantımız da var. Başqa mövqe oyunçuları da siyahıdadır. Danışıqlar gedir, əgər alınsa, sabah yenilik ola bilər. Bilmirik, alınacaq, ya yox. Çətindir.

– Ağabala Ramazanov ilk dəqiqələrdən sərt oynayırdı. Necə düşünürsünüz?
– Normaldır. Ağabala istəkli və aqressiv futbolçudur. Düşünüləsi nəsə yoxdur. Heç fikirləşmirdim. Öz oyunçularımı sakitləşdirirdim ki, diqqətli davransınlar.

– Niyə istədiyimiz Araz Abdullayevi görə bilmirik? Problemi nədir?
– Belə bir fikir bildirə bilmərəm. Lazım olduğu qədər oynadırıq, istifadə edirik. Ya start heyətdə, ya da sonradan meydana çıxır. Futol elə oyundur ki, hər kəs öz üzərində daha çox çalışmalıdır. Təkcə komandanın məşqləri ilə deyil, daim öz üzərində işləməlidir. Arazdan narazı deyiləm. Əlbəttə, istəyərdim ki, daha keyfiyyətli olsun, daha çox oynasın. Desəm ki, rəqabətdən qorxur, xeyr. Mən lazım olanı olndan alıram.

– Mahirin sarı vərəqə almasına bu dəfə də əsəbləşdiniz.
– Bu, fərqli əsəbləşməkdir. Buna pozitiv yanaşmaq lazımdır.

– Azarkeşləri daha çox Avropa Liqası maraqlandırır. Futbol ictimaiyyəti düşünür ki, “Qarabağ” qrup mərhələsini keçəcək. Siz necə fikirləşirsiniz?
– Altı ildir ki, qruplardayıq, həmişə belə olub, ümid ediblər. Biz özümüz də istəyirik ki, ən azı ikinci yeri tutaq. Ancaq hələ tezdir bu barədə düşünmək. Futbolçuların istirahətə ehtiyacı var. Oyunların vaxtı gələndə bu barədə daha diqqətli düşünmək zamanı olacaq. Belə fikirləşmələri normaldır.

– Azarkeşlər düşünür ki, “Qarabağ” APOEL-dən qisas almalıdır…
– Xeyr. Bu sual bir dəfə də olmuşdu. Biz idman prinsiplərinə əməl etməliyik. Hər oyun maksimum nəticə üçün meydana çıxmalıyıq.

– Çempionatda qapınızdan qol buraxmamısınız: 1:0, 3:0, 4:0. Müdafiə xəttiniz güclüdür, yoxsa rəqiblərin hücum potensialı zəifdir?
– Əzəmətli görünür. Futbolçulardan razı qaldım. Tapşırıqları düzgün yerinə yetirməyə çalışdılar. Səliqəli oynadılar. Bu qələbələr bizi sevindirir. Qol vurmaq və buraxmamaq üçün daha çox istəkli olmalıyıq. Bu gün qol buraxmırıq, amma sabah bunu yaşaya bilərik, səhvlər ola bilər və onda deyəcəyik ki, “Qarabağ”ın müdafiə xətti əzəmətli deyil. Futbolda, çempionatda tez-tez rast gəlinən hallardır. Buna sevinirəm, qol buraxmamaq üçün çalışırlar.

– Milli komandaların oyunlarına görə yaranacaq fasilə komandaya necə təsir edəcək?
– Düşünürəm ki, millilərə getməyən futbolçulara müsbət təsir etsin. Neçə müddətdir, istirahətsiz, gərgindirlər. Bu fasilə vacib idi. Milli üzvləri ağır oyunlara gedir. Bu, onlara əlavə psixoloji ağırlıq verə bilər. Bir tərəfdən xeyri var, millidə oynayanlara isə istər-istəməz çətin olacaq.

– Çempionatda sizdən sonra ən formada olan komandasına bu gün dörd qol vurdunuz. “Neftçi”dən isə beş xal öndəsiniz. Çempionat bitdi?
– Qətiyyən xeyr. Hələ üç tur keçib. Bir məğlubiyyət üç, heç-heçə isə iki xal itkisidir. Bu fikirlərdən uzağam. Qarşıda ağır oyunlarımız var. Bu barədə düşünmürük.

–  “Qarabağ” dəyişib? Sanki daha rəngarəng komanda görünür…
– Hər il dəyişiklik olur. Futbolda oyundan-oyuna bizə başqa nüanslar lazım olur. Topa sahib olmaq önəmlidir. Nə qədər çox nəzarət etsək, qapımızda az qol və epizodlar görəcəyik. Daha yaxşı yerə getmək istəyirik. Hər bir rəqib fərqlidir. Onların da tam fərqli tələbi var. Bu il məğlub olduğumuz və qalib gəldiyimiz oyunlar oldu. Hər bir halda bizim üçün çox çətin oldu. Hücumda daha çox aktiv olmağı istəyirik, fərdi olaraq futbolçulardan da tələb edirik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43