İdman

Qurban Qurbanov: “Məğlub olsaq belə, azarkeşlərə gözəl futbol yaşatmaq istədik”

UEFA Çempionlar Liqasında qrup mərhələsinin II turunun görüşləri çərçivəsində baş tutan “Qarabağ” – “Roma” matçından sonra komandamızın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında oyunla bbağlı fikirlərini bölüşüb.

İdmanxeber.com-un məlumatına görə, təcrübəli mütəxəssis matçla bağlı bunları deyib: Ağır oyun oldu. Xüsusilə, oyunun əvvəli. Rəqibin ustalıq səviyyəsi özünü göstərdi. Lakin 0:2-dən sonra futbolçularım daha diqqətli oynamağa başladılar. Vaxt irəlilədikcə rəqibi daha yaxşı tanımağa başladıq. Evdə ilk oyunumuz idi. Məğlub olsaq belə, azarkeşlərə gözəl futbol yaşatmaq istədik. Rəqib layiqli qələbə qazandı. Futbolçularımın da çıxışından razı qaldım. Azarkeşlərimizə də dəstəyə görə təşəkkür edirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43