Kateqoriyasız

Qurban Qurbanov: “Səhv etdiyimizi anladıq”

Bu gün keçirilən Azərbaycan Premyer Liqasının ilk turunun oyununda  “Sumqayıt”la  görüşdə (3:0) oyunçu dəyişikliyi zamanı qeydə alınan texniki səhvlə bağlı  “Qarabağ” klubunun baş məşqçisi açıqlama verib.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə,  klubun rəsmi saytına danışan Qurban Qurbanov səhv etdiklərini oyundan sonra anladıqlarını və PFL tərəfindən verilə biləcək cəzanı anlayışla qarşılayacaqlarını bildirib:

“Bu gün Azərbaycan Premyer Liqasının açılış turu idi. Oyunun 59-cu dəqiqəsində oyunçu dəyişikliyi yerinə yetirən zaman texniki səhv baş verdi. Belə ki, ilk olaraq Namiq Yusifovun əvəzinə meydana Riçard Almeyda daxil oldu. Meydanda sayca maksimum 6 legioner ola biləcəyini nəzərə alsaq da, texniki səhv etmiş olduğumuzu anladıq. Oyundan dərhal sonra baş vermiş hadisəni məşqçilər korpusu olaraq müzakirə etdik və səhv etdiyimizi anladıq. İlk olaraq Muaremin əvəzinə meydana  Namiq Ələsgərov daxil olmalı idi, amma Namiq Yusifovun əvəzinə Riçard Almeyda daxil oldu. Oyun zamanı baş verən səhvimizi anlayır və PFL tərəfindən verilə biləcək cəzanı anlayışla qarşılayacağımızı bildirirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43