Kateqoriyasız

“Neftçi”nin rəqibi 3 xalı 3 qolla qazandı

Avroliqanın play-off turunda "Neftçi" klubuna rəqib olan  Serbiya "Partizan"ı mövsümün ilk turunda səfərdə qələbə qazanıb.

İdmanxeber.com-un məlumatına görə, avqustun 21-də Belqradda "Neftçi" ilə üzləşəcək "Partizan" klubu Serbiya çempionatının ilk turunda "Vozdovaç"la qarşılaşıb.

Bu görüşdə 0:1 hesabı ilə geriyə düşən "Partizan" klubu daha sonra 3 qol vuraraq yekunda 3:1 hesabı ilə qələbə qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43