Kateqoriyasız

Qurban Qurbanovun başı dərddə: “Qarabağ” Brüsselə problemlərlə yollandı

Avropa Liqasının qrup mərhələsinin sonuncu – VI turu çərçivəsində səfərdə "Anderlext"in qonağı olacaq "Qarabağ" ötən gün Belçikaya yollanıb. 

İdmanxeber.com-un məlumatına görə, Ağdam klubu Brüsselə ciddi itkilərlə gedib. Reynaldo və Əlhərbi Əl-Jadeuyinin oynamayacağı öncədən bəlliydisə, son anda Riçard Almeydanın da zədəli olduğu müəyyənləşib. Bunu saytımıza klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bildirib.

Almeydadan başqa Ansi Aqollinin də zədəsi var və hər iki futbolçunun "Anderlext"lə matçda meydana çıxıb-çıxmayacağı sual altındadı.

Yalnız sevindirici məqam Rəşad Sadıqovun bu səfərdə oynayacağının dəqiqləşməsidi.

Qeyd edək ki, sözügedən qarşılaşma ayın 10-u, saat 00:05-də start götürəcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43