Ölkə futbolu

Rəşad Sadıqov Orxan Məmmədovu təbrik etdi – FOTO

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Mini Futbol Federasiyasının fəxri prezidenti Orxan Məmmədov haqda paylaşım edib.

İdmanxeber.əz xəbər verir ki, o, “Zirə”nin də fəxri prezidenti olan Məmmədov barədə “İnstagram” hesabında bunları qeyd edib:

“Əziz dostum və komandamızın fəxri prezidenti Orxan müəllim, bu yola başladığın ilk gündən hər şeyin şahidiyəm. Böyük istək və əzmlə çalışaraq Mini Futbol Federasiyasını yaratdın və bir çox çətinliklərə baxmayaraq, Avropa və dünya Mini Futbol Federasiyasına üzv qəbul olundunuz. Uzun illər bu komandaya böyük dəstək, qayğı göstərdin və ölkə prezidenti İlham Əliyevin bugünkü qəbulu sənin illərdir həm böyük futbol, həm də mini futbol üçün sərf etdiyin əməyə verilən qiymətin ən böyük göstəricidir. Səni ürəkdən təbrik edirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43