Kateqoriyasız

Rəşad Sadıqov VAR-dakı hakimə səsləndi: “Heç olmasa, yalandan da olsa…”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov ötən gün “Sumqayıt”la heç-heçə (0:0) etdikləri matçın var hakimi Nicat İsmayıllını tənqid edib.

İdmanxeber.az xəbər verir ki, gənc çalışdırıcı  özünün İnstaqram hesabındakı paylaşımında “Sumqayıt”ın qapıçısı Aydın Bayramovun futbolçuları Rəhim Sadıqova qarşı cərimə meydançasındakı hərəkətini qayda pozutunsu kimi qiymətləndirib:

“79-cu dəqiqədəki Hamidu ilə Almirin toqquşması zamanı israrla “penalti” deyən, ondan bir neçə saniyə əvvəl Sərtan-Vüsal mübarizəsindəki qayda pozuntusunu baş hakimə göstərməyən, VAR-da əyləşən Nicat qardaşım, bu epizodda heç bir qayda pozuntusu görmədin? Heç olmasa, yalandan da olsa, baş hakimə bir də bu epizoda baxmasını təklif edərdin. Yəni, pauza yaranacaq deyə narahat olmadığını oyununun 6 dəqiqəlik dayandırılmasında da hiss etdik. 1 dəqiqə bu epizoda vaxt getsəydi, heç nə olmazdı. Maraqlıdır ki, şərhçi Nurlan Valehoğlu qayda pozuntusunu görür, amma Nicat görmədi”.

Qeyd edək ki, görüş 0:0 hesabı ilə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43