Azərbaycanın yüngül çəkidə MMA döyüşçüsü Rafael Fiziyevin ABŞ təmsilçisi Castin Geyci ilə mümkün döyüşünün vaxtı açıqlanıb.
İdmanxeber.az xəbər verir ki, görüş bu il dekabrın 10-da, Las-Veqasdakı UFC-282 turnirində baş tuta bilər. Bu, təşkilatın cari ildəki son tədbiri olacaq.
Döyüşçülərin özləri hələlik bununla bağlı heç bir açıqlama verməyiblər.
Fiziyev son döyüşündə braziliyalı Rafael dos Anyusu məğlub edib.

