Kateqoriyasız

“Ramil Şeydayevlə çox uzağa gedə bilməzsən”

FutbolPressAzərbaycan millisinin üzvü Ramil Şeydayevin Moskva “Dinamo”sunnun heyətində Premyer Liqanın ilk dövrəsində istənilən kimi çıxış etməməsi mətbuatın gündəmindən düşmür.

“Matç” TV forvardın paytaxt klubunda qalacağına inanmır. Bununla bağlı yazıda aşağıdakəlar qeyd olunub:

“Ramil Şeydayev mövsümə əsas hücumçu kimi başlamışdı. O, yayda “Krılya Sovetov”dan azad agent statusu ilə gəlmişdi. Görünür, qışda ona yeni klub axtarmalı olacaqlar. Əvvəldən bilinirdi ki, Şeydayevlə çox uzağa gedə bilməzsən. Bunu klubdakılar da dərk etdilər.

Sentyabrın əvvəlində ön xətt tamamilə iflic vəziyyətdə idi. Buna görə də İqbun “Ufa”dan icarəyə götürüldü. Nigeriyalı nə sırf mərkəz hücumçusudur, nə də çox qol vuran. Amma öz səviyyəsi hesabına Şeydayevi heyətdən kənarlaşdırmağı bacardı”.

Ramil Şeydayevin “Dinamo”dakı göstəriciləri:

Meydanda olduğu dəqiqələr – 501
Start heyətdə olduğu oyun sayı – 5
Vurduğu qollar – 0
Məhsuldar ötürmə – 1
Qapıya doğru vurduğu zərbələrin sayı – 8


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43