İdman

Ramin Musayev: “Kubokun final oyununu Gəncədə keçirmək fikrimiz var idi”

“Kim güclüdürsə, o da qalib gəldi. Bizim nə gözlədiyimizdən asılı olmayaraq, fakt odur ki, “Qəbələ” və “Keşlə” finaldadır. Deməli, bu komandalar finalaya layiq idi”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunlarını dəyərləndirərkən deyib.

Ötən gün “Neftçi” üzərində qələbə qazanaraq (3:1) finala adlayan “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov jurnalislətərə açıqlamasında finalın Qəbələdə – onların meydanında olmasını istəmədiyini və buna görə PFL-ə müraciət edəcəklərini bildirib. Bu fikirlərə münasibət bildirən PFL rəhbəri isə final oyununun yerini dəyişdirməyin mənasız olduğunu qeyd edib:

“Onlar finala çıxdıqları üçün belə bir fikrə gəliblər. Ancaq “Qəbələ” hələ finala vəsiqə qazanmamışdan əvvəl bildirmişdik ki, final Qəbələdə olacaq. Bakıda da keçirsək, onda “Keşlə”nin meydanı sayılacaq. Fərqi nədir ki? “Qəbələ” bizə müraciət etməyib, heç buna ehtiyac da yoxdur. Final Qəbələdə olacaq. 

Əslində kubokun final oyununu neytral yer kimi Gəncədə keçirmək fikrimiz var idi. Ancaq Gəncə şəhər stadionunun işıqlandırma sistemi ilə bağlı problem olduğuna görə bu plan baş tutmadı”.qol.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43