Kateqoriyasız

“Real”dan qələbə, “İnter” şansından yararlana bilmədi

Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub.

A, B, C və D qruplarının oyunlarından sonra 1/8 finala son 4 vəsiqənin sahibi müəyyənləşib.

A qrupunda Madrid “Atletiko”su səfərdə “Zalsburq”a qalib gələrək, 1/8 finala yüksəlib.

B qrupunda “Real” evdə Münhenqladbax “Borussiya”sını məğlub edib və qrup lideri kimi mərhələ adlayıb. Qrupun digər oyununda “İnter” öz meydanında “Şaxtyor”la heç-heçə edib. Bu nəticə ilə “Borussiya” ikinci yeri tutub. “Şaxtyor” 3-cü kimi Avropa Liqasında oynamaq hüququ qazanıbsa, “İnter” qrup sonuncusu olaraq avrokuboklara əlvida deyib.

D qrupunda ikinci vəsiqənin sahibinə “Ayaks” – “Atalanta” görüşündə aydınlıq gəlib. İtaliya klubu minimal hesablı qələbə ilə adını 1/8 finalçların sırasına yazxırıb.

Eyni zamanda, H qrupunda dünən 4-cü hakimin irqçi hərəkətinə görə yarımçıq dayandırılan “PSJ – “Başakşəhər” oyunu qaldığı yerdən davam etdirilib. Oarislilər rəqibini 5:1 hesabı ilə darmadağın edib.

Çempionlar Liqası
Qrup mərhələsi

VI tur

9 dekabr

A qrupu

00:00. “Bavariya” (Almaniya) – “Lokomotiv” (Moskva, Rusiya) – 2:0
Qollar:
 Züle, 63, Çupo-Motinq, 80

00:00. “Zalsburq” (Avstriya) – “Atletiko” (İspaniya) – 0:2
Qollar: 
Hermoso, 39, Karrasko, 86

B qrupu

00:00. “İnter” (İtaliya) – “Şaxtyor” (Donetsk. Ukrayna) – 0:0

00:00. “Real” (İspaniya) – “Borussiya” (Mönhenqladbax, Almaniya) – 2:0
Qollar: Benzema, 9, 32

C qrupu

00:00. “Mançster Siti” (İspaniya) – “Marsel” (Fransa) – 3:0
Qollar:
 Torres, 48, Aquero, 77, Sterlinq, 90

00:00. “Olimpiakos” (Yunanıstan) – “Portu” (Portuqaliya) – 0:2
Qollar: 
Otavio, 10 (pen.), Uribe, 77
Qırmızı vərəqə: Semedu, 79

D qrupu

21:55. “Ayaks” (Niderland) – “Atalanta” (İtaliya) – 0:1
Qol:
 Muriel, 85
Qırmızı vərəqə: Qravenberx, 79 (“Ayaks”)

21:55. “Midtyullan” (Danimarka) – “Liverpul” (İngiltərə) – 1:1
Qollar:
 Şolts, 62 (pen.) – Salah, 2

H qrupu

21:55. PSJ (Fransa) – “Başakşəhər” (Türkiyə) – 5:1
Qollar: Neymar, 21, 38, 50, Mbappe, 42, (pen.), 62 – Topal, 57


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43