“Real”ın futbolçuları arasında məşq zamanı münaqişə baş verib.
İdmanxeber.az-ın məlumatına görə, Antonio Rudiger və Cud Bellinqemin arasında gərginlik yaşanıb. Futbolçuların hətta əlbəyaxa dava etdikləri bildirilir.
Komandanın digər üzvləri yaranan münaqişə zamanı futbolçuları ayırıblar. Sonda onlar aralarındakı problemi həll edərək barışıblar.

