“Real”ın aparıcı futbolçularından olan Federiko Valverde yayda komandadan ayrıla bilər.
İdmanxeber.az-ın məlumatına görə, yarımmüdafiəçi ilə İngiltərənin “Liverpul”, “Mançester Yunayted” və Almaniyanın “Bavariya” klubları maraqlanır.
“E-Notícies” nəşri Valverdenin transfer qiymətinin təxminən 70 milyon funt-sterlinq olduğunu yazıb.
Uruqvaylı futbolçu mövsümün sonunda ayrılmaq qərarı versə, adıçəkilən klublar onun üçün mübarizəyə qoşulacaq.

