05 İyul 2026
Dünya futbolu

“Real” hücumçusunu satmır

“Real”ın hücumçusu Qonsalo Qarsiyanı komandada saxlayacaq.

İdmanxeber.az-ın məlumatına görə, Madrid təmsilçisi futbolçunu üçün gələn təklifləri dəyərləndirməyəcək. Onun icarəyə verilməsi və ya satılması gündəmdə deyil. 

Baş məşqçi Xabi Alonso da Qarsiyanın çıxışından məmnundur.

Qarsiya Klublararası dünya çempionatında yaxşı təsir bağışlayaraq, qrup mərhələsində keçirdiyi üç oyunda 2 qol vurub və 1 məhsuldar ötürmə verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43