05 İyun 2026
Dünya futbolu

“Real”ın hücumçusunun şərti var – maaşı çox istəyir

“Real”ın braziliyalı hücumçusu Vinisius Junior yeni müqavilə danışıqları zamanı illik maaşının artırılmasını istəyib.

İdmanxeber.az xəbər verir ki, hazırda 15 milyon avro qazanan futbolçu 20–25 milyon avro maaş tələb edib. O, həmçinin müqaviləyə bonus maddəsinin əlavə olunmasını da istəyir.

Klub rəhbərliyi Vinisiusdan tələblərini yenidən nəzərdən keçirməsini xahiş edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43