Kateqoriyasız

Renat Dadaşov İsveçrədə ayın futbolçusu seçildi

“Qrasshopper”də çıxış edən Renat Dadaşov İsveçrə Superliqasında avqustun ən yaxşı futbolçusu seçilib.

İdmanxeber.az-ın məlumatına görə, 23 yaşlı futbolçu azarkeşlər arasındakı səsvermədə bütün rəqiblərini qabaqlayıb. Millimizin üzvü 3 qol və 1 məhsuldar ötürmə ilə hazırda bombardirlərin siyahısında 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Renat Dadaşov mövsümün əvvəlində “Vulverhempton”dan “Qrasshopper”ə keçib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43