19 İyun 2026
Ölkə futbolu

“Renat Dadaşov start heyətində yer almaq üçün mübarizə aparır”

Polşanın “Radomyak” klubunun baş məşqçisi Joao Enrikeş azərbaycanlı hücumçu Renat Dadaşov barədə danışıb.

İdmanxeber.az-ın məlumatına görə, mütəxəssis millimizin üzvünün “Krakoviya” ilə keçiriləcək Ekstraklasa 24-cü turunun matçında start heyətində yer alması ehtimalından söz açıb.

“Renat Dadaşov da digər oyunçular kimi start heyətində yer almaq üçün mübarizə aparır. Bu baxımdan hamı bərabərdir. Bizim oyun üçün öz strategiyamız var və start heyəti ilə bağlı qərar verəcəyik”.

Qeyd edək ki, “Krakoviya” – “Radomyak” görüşü sabah keçiriləcək.
 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43