Ölkə futbolu

Renat Dadaşov vurduğu qoldan yazdı

Renat Dadaşov “Qrasshopper” klubunun heyətində ilk qolunu vurub.

İdmanxeber.az xəbər verir ki, 23 yaşlı forvard İsveçrə çempionatının 2-ci turunun “Yanq Boyz”la matçında fərqlənib. Dadaşov vurduğu qolla bağlı instaqram səhifəsində paylaşım edib:

İlk qolumu “Qrasshopper”ə vurmaq gözəl hissdir. Əla komanda ruhu göstərdik və layiqli xal qazandıq. Qarşıdakı böyük oyunlara köklənirik”.

Qeyd edək ki, Renat Dadaşov “Qrasshopper”lə 2+1 illik müqavilə imzalayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43