Kateqoriyasız

Renat Dadaşovun qolu komandasına qələbə qazandırdı – Video

Portuqaliya Premyer Liqasında 7-ci turun oyunları keçirilib.

Millimizin hücumçu Renat Dadaşovun çıxış etdiyi “Tondela” doğma meydanda “Famalikan”la qarşılaşıb. Görüş “Tondela”nın 3:2 hesablı qələbəsiylə başa çatıb.

Renat Dadaşov oyuna start heyətdə başlayıb və 84-cü dəqiqədə komandasının qələbə qoluna imza atıb.

“Tondela” Premyer Liqada 7 oyundan 3 sonra 6 xalla 12-ci sıradadır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43