28 İyun 2026
İdman

Rio-2016: İki güləşçimizin rəqibi müəyyənləşdi

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında yunan-Roma güləşi üzrə yarışlar 14-16 avqust tarixlərində keçiriləcək.

İdmanxeber.com-un Azərbaycan Güləş Federasiyasının saytına istinadən yaydığı xəbərə görə, güləş yarışlarının ilk günündə 59 və 75 kq çəki dərəcələrində yunan-Romaçılar arasında qaliblər müəyyənləşəcək.

59 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz Rövşən Bayramov mübarizəyə 1/8 final mərhələsindən start verəcək. Onun ilk rəqibi  Rayber Xose Orozko Rodrigez (Venesuela)olacaq. Görüş Bakı vaxtı ilə saat 17:15-də başlayacaq.
 
75 kq çəkidə yarışan Elvin Mürsəliyev isə lap əvvəldən, 1/16 finaldan etibarən mübarizə aparacaq. Onun rəqibi Rəşad Fevzi Mahmud Sebye (Misir) olacaq.   Güləşçimizin ilk görüşü saat 17:05-də start götürəcək.

59 kq
1/8 final – Rövşən Bayramov – Rayber Xose Orozko Rodrigez (Venesuela)

75 kq 
1/16 final – Elvin Mürsəliyev – Rəşad Fevzi Mahmud Sebye (Misir)



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43