“Qarabağ”ın futbolçusu Kevin Medinanın “Rizəspor”a transferi baş tutmayıb.
İdmanxeber.az “Ajansspor”a istinadən xəbər verir ki, Super Liqa klubu 30 yaşlı müdafiəçinin prosesi uzatması səbəbindən bu addımı atıb.
Daha əvvəl Türkiyə təmsilçisinin kolumbiyalı oyunçu ilə anlaşdığı deyilsə də, klublar maliyyə məsələsində ortaq məxrəcə gələ bilməmişdi.
Medinanın “köhlən atlar”la müqaviləsinin müddəti 2024-cü ilin yayınadək qüvvədədir. O, 2020-ci ildən “Qarabağ”ın formasını geyinir.

