İdman

Robert Prosineçki: “Azərbaycan millisindən futbol oynamağı tələb edirdim”

“Hiss etdim ki, bu komanda ilə bundan artığını etmək mümkün deyil. Ona görə də getmək qərarına gəldim”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri milllimizin sabiq baş məşqçisi Robert Prosineçki deyib.

Xorvatiyalı mütəxəssis ölkəsinin mətbuatına müsahibəsində yığmamızdakı fəaliyyətinə də toxunub. O, millimizlə başa çatan müqaviləsini uzatmamasının səbəbini izah edib:

“Son seçmə mərhələdə 10 xal topladıq. Norveçi məğlub edib, Çexiya ilə heç-heçə etdik.  Məğlub olsaq da, Almaniya və İtaliya ilə oyunlarda da yaxşı çıxış etdik. Xorvatiya ilə matçda isə  komandamdan yalnız cəsarətli futbol istəmişdim. Çünki istəyirdim ki, Bakıya hansı komanda gəlir-gəlsin, oyunçularım rəqibdən çəkinməsinlər. Komandadan tutbol oynamağı tələb edirdim, ancaq müdafiədə oturmağı deyil. Üç il fasiləsiz çalışdıq və inkişaf etdiyimizi düşünürəm. Artıq yeni menyu ilə davam etməliyik”.

Xatırladaq ki, Prosineçki 2014-cü ildən millimizi çalışdırırdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43