İdman

Robert Prosineçki işləmək üçün 800 min avro istədi federasiya “o qədər yoxdu” dedi…

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin növbəti iş yeru Sloveniya millisi ola bilər.

İdmanxeber.com-un məlumatına görə, xorvatiyalı çalışdırıcı sözügedən millidə çalışmaq üçün federasiyadan 800 min avro istəyib. Ölkənin Futbol Federasiyasının prezidenti Rade Miyatoviçin Prosineçki bağlı şərhi isə belə olub: “Mən Prosineçkinin 800 min avro istədiyini bilmirəm. Amma federasiyasının maliyyə durumu elə də yaxşı deyil. Biz belə yüksək vəsaiti xərcləyə bilmərik”. 

Qeyd edək ki, Sloveniya millisi Sreçko Katanetslə yollarını bir neçə gün əvvəl ayırıb. Hazırda bu vəzifəyə namizədlərdən biri də Robert Prosineçki hesab olunur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43