“Roma” Meyson Qrinvudun transferində istədiyinə nail ola bilməyib.
İdmanxeber.az-ın məlumatına görə, ingiltərəli hücumçunun “Fənərbağça”ya keçməyə yaxın olması İtaliya klubunu alternativ variantlar axtarmağa məcbur edib.
Məlumata görə, Roma rəhbərliyi indi diqqətini “Çelsi”nin heyətində yer almaqda çətinlik çəkən futbolçulara yönəldib. Klubun eyni vaxtda iki oyunçunun transferi üzərində işlədiyi bildirilir.
Yaxın günlərdə London təmsilçisi ilə rəsmi danışıqların başlanacağı gözlənilir.

