İdman

Roman Qriqorçuk: “Başımıza çox işlər gəlib”

Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab görüşləri çərçivəsində  “Neftçi” doğma divarlar arasında “Qəbələ” ilə üz-üzə gəlib.
İdmanxeber.com-un məlumatına görə, oyunsonrası keçirilən mətbuat konfransında qonaqların baş məşqçisi Roman Qriqorçuk matçla bağlı fikirlərini bölüşüb. Ukraynalı mütəxəssis finala adladıqları üçün sevincli olduqlarını dilə gətirib:

“Çox gözəl nəticə əldə etdik. Belə bir vəziyyətdə, çətin vəzifənin öhtəsindən gəldik”,

– Roman Qriqorçuk Azərbaycanda çalışdığı 3 il müdəttəində belə sevinməmişdi…

– Sevincim ona görədi ki, titul qazanmağa çox yaxınıq. Üstəlik nəticədən əlavə, belə bir məqamda qələbə qazandığımız üçün şadıq. Bizim başımıza çox işlər gəlib. Bəzi komandaların 20 oyundan bir başına gələnləri, biz hər matçda yaşayırıq.

– Stankoviçi 15-ci dəqiqədə əvəzləməyiniz nə ilə bağlı idi?

– Bizim üçün bu dəyişiklik gözlənilməz olmadı. Səbəb zədə ilə bağlı idi. Kiçik zədə kimi görünsə də, bu böyük şeylərə gətirib çıxara bilərdi.

– Finalda rəqibiniz olan “Keşlə”nin çalışdırıcısı Yuri Maksimov həlledici mərhələdə “Qəbələ” ilə üz-üzə gəlmək istədiyini bildirmişdi. Bu aranızdakı prinsipiallıqla əlaqələdi?

– Yuri Maksimovun belə sözlər işlətməsini təəcüblə qarşıladım. Əlbəttə, istəyərdim ki, kubokun finalında qalib gələn tərəf biz olaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43