Dünyadan

Ronaldo ispanları ələ saldı

Madrid “Real”ı ilə müqaviləsinin müddətini 2018-ci ilə qədər uzadan Kriştiano Ronaldo ispan xalqını ələ salıb.

Hər halda bunu yerli mətbuat belə iddia edir. Məsələ burasındadır ki, Ronaldo yeni müqaviləsinə imza atarkən “Bu imzanı pul üçün yox, kluba olan sevgim üçün atdım”-  deyib.

Bu açıqlama isə yerli mətbuatın qınaq obyektinə çevrilib.  İspan jurnalistlər “ispan xalqına hörmətsizlik” kimi qələmə veriblər.

Çünki İspaniyada ciddi iqtisadi böhran hökm sürür və onların fikrincə, Ronaldo bu cür davranışıyla ispan xalqını lağa qoyub.  Bir çox qəzetlər Ronaldonun bu sözlərini gülünc adlandırıb.

Qeyd edək ki,portuqaliyalı ulduz illik 21 milyon avro qazanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43