07 İyul 2026
Dünya futbolu

Ronaldo “Real”a qayıda bilər

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo bu yay “Real”a keçə bilər.

İdmanxeber.az “Sky Sports” nəşrinə istinadən xəbər verir ki, 40 yaşlı futbolçu  2025-ci il Klublararası Dünya Çempionatında mübarizə aparmaq istəyir. Bu səbəbdən də portuqaliyalı Madrid klubu ilə müqavilə bağlaya bilər. 

Xatırladaq ki, FİFA sözügedən turnir üçün iyunun 1-dən 10-a kimi xüsusi transfer pəncərəsi açacaq. 

Ronaldo 2022-ci ilin sonunda “Əl-Nəsr”in futbolçusu oldu. Onun səudiyyəlilərlə müqaviləsi 2025-ci ilin iyun ayına qədərdir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43