Dünya futbolu

“Rusiyalı uşaqlar mənə dedilər ki…” – Kadi

Rusiya “Krasnodar”ına  transfer olunan “Qarabağ”ın sabiq futbolçusu Kadi Borges klubun rəsmi yutub kanalına danışıb.

İdmanxeber.az-ın məlumatına görə, 27 yaşlı futbolçu “Krasnodar”a keçidi haqda danışıb:

“Qarabağ”da olanda ruslarla oynamışam. Onlar klub, struktur, heyət və prezident haqqında çox yaxşı danışırdılar. Hətta o zaman da bu keçidə şübhəm yox idi. Mənə klub haqqında təfərrüatları deyəndə “Krasnodar”ın şəhər üçün böyüklüyü və əhəmiyyəti ilə bağlı hər şeyi başa düşdüm. Rusiyalı uşaqlar mənə dedilər ki, şəhər sakit və rahatdır, yaxşı yaşamaq üçün hər cür şərait var”.

Kadi özü haqda danışarkən bunları deyib:

“Düşünürəm ki, mən çox şən, həyatdan zövq alan və xoşbəxt oğlanam. Müsbət enerjimi yaxın insanlara ötürməyə, çox zarafat etməyə, hər kəsə çoxlu sevinc bəxş etməyə çalışıram. Yalnız oyun zamanı ciddi oluram və meydanda əlimdən gələni edirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43