Ölkə futbolu

“Səbail”in Bolqarıstanda ilk sınağı

Bolqarıstanda təlim-məşq toplanışında olan “Səbail”  bu gün yoxlama oyunu keçirəcək.

İdmanxeber.az-ın məlumatına görə, ölkəmizi Avropa Liqasında təmsill edəcək Aftandil Hacıyevin rəhbərlik etdiyi komanda Bolqarıstanın “Lokomotiv” klubu ilə qarşılaşacaq. Plovdiv təmsilçisi ilə matç saat 16:00-da start götürəcək.

Qeyd edək ki, “Səbail” həmçinin, Beroe” (Bolqarıstan), “Clinceni” (Rumıniya) və “Makedoniya” (Şimali Makedoniya) ilə yoxlama görüşü keçirəcək


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43