05 İyul 2026
Dünya futbolu

“Sabah” portuqaliyalı futbolçu ilə maraqlanır

Ölkəmizi Konfrans Liqasında təmsil edəcək “Sabah” klubu transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az “A Bola” nəşrinə istinadən xəbər verir ki, paytaxt klubu Portuqaliyanın “Eştoril” komandasında çıxış edən Juanzinyo ilə maraqlanır. 

34 yaşlı cinah müdafiəçisinin klubu ilə müqaviləsi 2024-cü ildə başa çatır. O, cari mövsüm komandası ilə 30 oyunda çıxış edib və 1 qol vurub.

Juanzinyo 2019/2020 mövsümündə APOEL forması ilə Avropa Liqasının qrup mərhələsi matçında “Qarabağ”a qarşı meydanda olub.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43