Kateqoriyasız

“Sabah” – “Səbail” oyununda 4 qol

Azərbaycan Premyer Liqasında çıxış edən “Sabah” və “Səbail” komandaları yoldaşlıq oyununda üz-üzə gəliblər.

İdmanxeber.az-ın məlumatına görə, “Bank Respublika Arena”da qarşılaşma “Sabah”ın 3:1 hesablı qələbəsi ilə bitib.

Meydan sahiblərinin qollarını Ceyhun Nuriyev (2) və Camal Cəfərov vurub. “Dənizçilər”in yeganə qoluna yeni transfer Franko Mazurek imza atıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43