Kateqoriyasız

“Sabah”da xorvatiyalı müdafiəçi – Rəsmi

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, xorvatiyalı müdafiəçi Şpiro Periçiç paytaxt təmsilçisinin uğurları üçün çalışacaq. 27 yaşlı futbolçu ilə bağlanmış müqavilənin müddəti 1 ildir.

Şpiro karyerası ərzində Xorvatiyanın “Primorats Stobrets” (2012/13), “Solin” (2013/14), “Duqopolye” (2013-2015, 2015-2017), “Slaven Koprivnitsa” (2014/15), “Çibaliya” (2017/18), Sloveniyanın “Mura” (2018/19) və “Maribor” (2019-2021) komandalarında çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43