Kateqoriyasız

“Sabah”da yeni debütant

Azərbaycan Premyer Liqasının 25-ci turunun “Sumqayıt” – “Sabah” matçı “Sabah”ın gənc futbolçusu Abdulla Xaybulayev üçün əlamətdar olub.

19 yaşlı yarımmüdafiəçi “Sabah”ın 2:0 qalib gəldiyi görüşdə yüksək liqada ilk oyununa çıxıb. Abdulla qarşılaşmanın 90+4-cü dəqiqəsində Mario Marinanı əvəzləyərək Premyer Liqada debüt edib.

“Sabah” Premyer Liqada 5-ci sıradadır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43