12 İyun 2026
Ölkə futbolu

“Sabah”ın qızlardan ibarət komandası ilk dəfə Yüksək Qızlar Liqasında

“Sabah”ın qızlardan ibarət komandası bu mövsümdən etibarən ilk dəfə AFFA Yüksək Qızlar Liqasında iştirak edəcək.

İdmanxeber.az xəbər verir ki, əvvəlki mövsümdə U-17 Qızlar Liqasında iştirak etmiş komanda bu dəfə gücünü əsas liqada sınayacaq.

Qeyd edək ki, “Sabah”ın qızlardan ibarət komandası 2023/24 mövsümündən U-17 Liqasında çıxış edirdi. Mehdi İbrahimovun baş məşqçisi olduğu komanda çıxış etdiyi liqada son iki mövsümü çempion kimi başa vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43