11 İyun 2026
Ölkə futbolu

“Şamaxı” daha bir ayrılığı açıqladı

“Şamaxı” futbolçusu Vasiliye Radenoviç ilə yollarını ayırdığını rəsmən açıqlayıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 31 yaşlı müdafiəçi ilə müqavilə müddətinin başa çatdığı bildirilib.

Klub Radenoviçə göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

Radenoviç ötən ilin yayından “Şamaxı”da oynayırdı. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43