Misli Premyer Liqasında XXI tura bu gün keçiriləcək oyunlarla yekun vurulacaq.
İdmanxeber.az-ın məlumatına görə, günün ilk oyunu Şamaxıda keçiriləcək. Yerli klub doğma meydanda “Turan Tovuz”la üz-üzə gələcək. Qarşılaşma saat 14:00-da başlayacaq.
Turun son görüşü isə “Bank Respublika Arena”da baş tutacaq. “Sabah” doğma meydanda “Səbail”lə qarşılaşacaq.
Premyer Liqa, XXI tur
6 fevral
14:00. “Şamaxı” – “Turan Tovuz” 0:1
Qol: Tərlan Quliyev, 54 (0:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Şamaxı şəhər stadionu
18:00. “Sabah” – “Səbail” – 4:0
Qollar: Coy-Lens Mikels, 4, Davit Volkov, 10, 31, Emmanuel Apeh, 83
Qırmızı vərəqələr: Con irasabal, 68 (“Sabah”) – Rahid Əmirquliyev, 79 (“Səbail”)