Kateqoriyasız

Samir Abasov: “Danışmaq çox çətindir”

Topaz Premyer Liqasının 10-cu turunda keçirilən “Zirə” – “Səbail” (0:0) oyunundan sonra ev sahibi komandanın baş məşqçisi Samir Abasov qarşılaşma ilə bağlı fikirlərini bildirib:

“Belə oyundan sonra nəsə demək çox çətindi. Futbolçuların paltardəyişmə otağındakı üzüntüləri mənə də keçir. Çox çalışıram ki, onları həvəsləndirim. Yenə də, bu oyunlar məni motivasiya edir. Yaxşı addımlayırıq. Mən işlədiyim klublarda bərabərliyin arxasınca düşən adam olmamışam, sevinməmişəm. Düşünmüşəm ki, bizi izləyənlər, əziyyət çəkənlər var. Bu gün meydanda bir komanda var idi. Bu oyun bizi ruhdan salmalı deyil, gələn oyunlara hazırlaşacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43