28 İyun 2026
Dünya futbolu

Sane “Bavariya” ilə anlaşmadı, İspaniyaya gedir

“Bavariya”nın yarımmüdafiəçisi Leroy Sane mövsümün sonunda komandadan ayrıla bilər.

İdmanxeber.az-ın məlumatına görə, almaniyalı futbolçu rəhbərliklə muqavilə uzatmayıb. Tərəflər arasında danışıqlar müsbət nəticələnməyib. 

29 yaşlı futbolçu İspaniya La Liqasına yollana bilər. Onun xidmətində “Barselona” maraqlıdır.

Almaniyalı futbolçu cari Bundesliqa mövsümündə 28 oyunda iştirak edib, 11 qol vurub və 4 məhsuldar ötürmə verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43