06 İyul 2026
İdman

“Seltik”in qazandığı qələbə Azərbaycanı reytinqdə geri saldı

UEFA-nın yeni reytinqi açıqlanıb.

İdmanxeber.com-un qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Çempionlar Liqasında keçirilən 5 görüşdən sonra siyahıda müəyyən dəyişikliklər olub.

Şotlandiyanın 4 pillə irəliləməsi Azərbaycanın 1 pillə geriləməsinə səbəb olub. “Seltik”in Çempionlar Liqasının qrupuna düşməsi ilə Şotlandiya 22-ci sıraya yüksəlib. Bu səbəbdən Azərbaycan 23-cü yerə  enib.

Ölkəmizin son 5 mövsümə əsasən hesablanan reytinq xalı 17,625-dir. 
 
Qeyd edək ki, siyahıya 90,141 xalla İspaniya başçılıq edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43